Simsar.az | bizi özünüzə Simsar bilin
Məşhur müğənni əfv edilmədi

Tarkanın xahişi yerə düşdü

Simsar.az “ Habertürk” ə istinadən xəbər verir ki, narkotiklərdən istifadəyə görə ağır cinayətlər məhkəməsində ittiham olunan meqastar Tarkanın əfv xahişini məhkəmə rədd edib. İki ilə yaxın həbs olunması istənilən Tarkanın 9 iyunda ilk məhkəməsi olacaq. Tarkan Teretoğlu və onunla birgə ittham olunan 16 müttəhim məhkəməyə gəlməsələr, zorla gətiriləcəkləri haqqında müvafiq instansiyalar tərəfindən xəbərdar olunublar. 

Tarkanın vəkili Özləm Dinçtürk müdafiə etdiyi şəxs haqqında ancaq narkotiklərdən istifadəyə görə iddia hazırlandığını və cinayət işinin digər müttəhimlərdən ayrılaraq əfv olunması tələbilə məhkəməyə göndərildiyini, lakin iddiasının rədd edildiyini bildirib.

9 Aprel, 2011  21:04 Baxılıb: 1570

Bu bölmədə