Simsar.az | bizi özünüzə Simsar bilin
"Fərqli mədəniyyətlərin bir-birinə inamı yoxdur"

Bunu İraqın mədəniyyət nazirinin müavini deyib

“İndiki dünyada belə forumların keçirilməsinə böyük bir ehtiyac var. Çünki dünya ölkələrində mədəniyyətlərin bir-birinə inamı heç yoxdur. Dünya ölkələri bir-birinə yaxınlaşmaq əvəzinə, əksinə bir-birindən uzaqlaşırlar”.

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən İraqın mədəniyyət nazirinin müavini Tahir Nasir Mahmud Əl Hamud bildirib.

Qonaq bu cür forumların mədəniyyətlər arasında olan problemlərin həllinə müsbət təsir göstərəcəyinə inandığını deyib: “Bu forumun yüksək səviyyədə baş tutmasında Azərbaycanın rolu əvəzsizdir. Azərbaycan bütün dünyada sivilizasiyaların dialoqunun keçirilməsi üçün hazır bir ölkədir. Bu ölkə tarixi kökləri ilə İslam dünyasına söykənir və bütün dünya sivilizasiyalar üçün açıqdır”.

9 Aprel, 2011  20:41 Baxılıb: 1382

Bu bölmədə