Simsar.az | bizi özünüzə Simsar bilin
Aygün Kazımova daha açıqlama verməyəcək

“Özümün və qızımın həyatını şouya çevirmək istəmirəm”

Xalq artisti Aygün Kazımovanın qızı İlqarənin qalmaqallı videosu ilə bağlı daha bir məlumat yayılıb. 

Məlumatı anspress.com dərc edib. Saytdan oxuyuruq: “Aygün Kazımovanın qızının yer aldığı kadrlar “YouTube”a qoyulmazdan əvvəl gənclər İlqarədən və anasından 150 min manat pul istəyiblər. Əks təqdirdə kadrları yayacaqları ilə hədələyiblər. Aygün və İlqarə imtina edib. Görüntülər də sosial şəbəkələrdədir. Əgər bu fərziyyə doğrudan təsdiqlənsə, onda gənclərin aqibəti heç də yaxşı olmayacaq. Çünki qanuni dildə bu addımın adı şantajdır”.

Artıq Azərbaycan Daxili İşlər Nazirliyi Türkiyə səfirliyimizdəki nümayəndəsinə bu barədə şifahi sorğu göndərilib.

Simsar.az son məlumata Aygün Kazımovanın münasibətini öyrənib. Xalq artisti deyib ki, məsələni şouya çevirmək istəmir: “Artıq heç bir mətbuat orqanına bu mövzuda açıqlama verməyəcəm. Söhbət mənim və qızımın həyatından gedir. Ona görə də hüquq-mühafizə orqanları qərar verməlidir”.

Anar

9 Aprel, 2011  20:14 Baxılıb: 1571

Bu bölmədə