Simsar.az | bizi özünüzə Simsar bilin
7-cı MÜAVİNİ DƏ ƏLİ KƏRİMLİNİ TƏRK ETDİ

Asim Mollazadə, Qulamhüseyn Əlibəyli, Arif Paşa, Nəriman Qasımzadə, Fuad Mustafayev, Cəmil Həsənli, İbrahim Vəliyev...

AXCP sədrinin daha bir müavini postundan və partiya sıralarından istefa verib. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin müəllimi İbrahim Vəliyev istefasının səbəbləri barədə açıqlama verməyib. O, «hər şeyin zamana ehtiyacı var» deməklə kifayətlənib. 

Siyasi proseslərə ötəri nəzər yetirsək, Azərbaycan siyasətində ən çox müavin itkisinə məruz qalan partiyanın AXCP olduğunu görərik. Bu günə qədər partiyadan 7 müavin istefa verib.

Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin vəfatından sonra iki yerə parçalanan AXCP “klassiklər” və “islahatçılar” qanadına bölünüb.

“İslahatçılar 2000-ci ilin dekabrında qurultay keçirərək, Əli Kərimlini AXCP-yə sədr seçib. O zaman Ə.Kərimlinin müavinləri Asim Mollazadə, Qulamhüseyn Əlibəyli, Arif Paşa, Cəmil Həsənli, Nəriman Qasımoğlu olub. Hazırda onlardan heç biri Ə.Kərimlinin yanında deyil. Sonradan müavin postlarına təyin edilən Fuad Mustafayev və İbrahim Vəliyev də az sonra «istefa» qərarı veriblər.

Hazırda AXCP sədrinin 6 müavini var. Bunlar Kamil Vəli Nərimanoğlu (Türkiyədə yaşayır), Gözəl Bayramlı, Nurəddin Məmmədli, Fuad Qəhrəmanlı, Asəf Quliyev və Razi Nurullayevdir. Adları çəkilənlər son 5 ildə sədr müavinləri təyin olunublar.

RAMİL

9 Aprel, 2011  18:21 Baxılıb: 1948

Bu bölmədə