Simsar.az | bizi özünüzə Simsar bilin
Müsavata qarşı etiraz aksiyası

«Əli Kərimliyə ar olsun!», «İsa Qəmbər səndən olmaz qənbər», «Azərbaycanı satanlara ar olsun!» şüarları səsləndirilib

Bu gün Müsavat Partiyası qərargahının qarşısında bir qrup gənc etiraz aksiyası keçirib. 

Simsar.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bir neçə gün öncə AXCP sədrinin evi qarşısında aksiya keçirən gənclər bu gün Müsavat Partiyası qərargahının qarşısına toplaşıblar.

Onlar «Əli Kərimliyə ar olsun!», «İsa Qəmbər səndən olmaz qənbər», «Azərbaycanı satanlara ar olsun!»şüarları səsləndiriblər.

Gənclər artıq ikinci gündür ki, Müsavat Partiyası qərargahının önündə aksiya keçirirlər.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Simsar.az-ın əməkdaşına bildlirib ki, onlar aksiya başlamazdan öncə Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng etsələr də, polislər aksiya sona çatandan sonra hadisə yerinə gəliblər.

20 dəqiqə davam edən aksiya polis müdaxiləsi olmadan başa çatıb.

RAMİL

9 Aprel, 2011  17:44 Baxılıb: 1250

Bu bölmədə