Simsar.az | bizi özünüzə Simsar bilin
Sahibkarlığa Kömək Milli Fondunda yoxlamalar...

“Baker Tilly Azerbaijan LLC” beynəlxalq audit şirkəti hər hansı qüsur tapmayıb

“Baker Tilly Azerbaijan LLC” beynəlxalq audit şirkəti İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun 2010-cu il üzrə maliyyə hesabatlarının auditini aparıb.  
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumatda bildirilir ki, audit zamanı Fondda səmərəli və keyfiyyətli daxili nəzarət sisteminin tətbiqi, Fondun maliyyə hesabatlarının beynəlxalq maliyyə standartlarına, mühasibat sisteminin isə Azərbaycan Respublikasının qanunvericiliyi və mühasibat standartlarına uyğunluğu təhlil edilib.

“Baker Tilly Azerbaijan LLC” beynəlxalq audit şirkəti tərəfindən verilmiş rəyə əsasən, Sahibkarlığa Kömək Milli Fondunun 2010-cu il üzrə maliyyə fəaliyyəti müsbət qiymətləndirilib, maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq aparıldığı müəyyən edilib.

Simsar.az

9 Aprel, 2011  17:09 Baxılıb: 1349

Bu bölmədə