Simsar.az | bizi özünüzə Simsar bilin
İtgin kimi axtarılan şöbə rəisinin meyiti tapıldı -Yenilənib

«Azərbaycan Dəmir Yolları»nın əməkdaşının qətlə yetirildiyi müəyyənləşib


“Azərbaycan Dəmir Yolları” idarəsinin şöbə rəisinin öldürülməsinin təfərrüatları məlum olub. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, 1968-ci ildə anadan olmuş Reyhan İsgəndərlinin itkin düşməsi ilə bağlı polisə məlumatı onun həyat yoldaşı Əfqan İsgəndərli verib. Dərhal hüquq-mühafizə orqanları qadının axtarışlarına başlayıb və məsələ ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Sonradan məlum olub ki, R.İsgəndərlinin ölümündə onu keçmiş həyat yoldaşı olan Əfqan İsgəndərlinin dayısı Gəncə Cəfərov iştirak edib. G.Cəfərov özünə məxsus evdə dostu İlqar Ağayevlə birgə R.İsgəndərlinin başına balta və çəkiclə çoxsaylı zərbələr endiriblər və qadın hadisə yerindəcə ölüb.

Onlar öldürdükləri qadının meyitini Xızı rayonunun Altıağac qəsəbəsinə gedən yolun kənaına apararaq, orada basdırıblar. Məlumatda o da bildirilir ki, R.İsgəndərli ayrıldığı həyat yoldaşının qohumları arasında yalnız G.Cəfərovla münasibət saxlayırmış. G.Cəfərovun onu öldürməsi, ilkin ehtimala görə, tamah məqsədi daşıyıb.

 

«Azərbaycan Dəmir Yolları» QSC-nin itkin düşmüş məsul əməkdaşının qətlə yetirildiyi müəyyənləşib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

Məlumata görə, BŞBPİ Cinayət Axtarış İdarəsi və Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, aprelin 1-də itkin düşmüş kimi qeydə alınmış Reyhan Səfalı qızı İsgəndərlini Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Gəncə Cəfərov və İlqar İbrahimov tərəfindən qətlə yetirilib. Onlar qadının meyitini Xızı rayonunun Altıağac qəsəbəsində basdırıblar. Hadisədə şübhəli bilinənlər G.Cəfərov və İ.İbrahimov tutulublar.

Qeyd edək ki, Nəsimi rayonu, 9-cu mikrorayon ərazisində yaşayan, 1981-ci il təvəllüdlü R.İsgəndərli aprelin 1-də axşam saatlarında özünə məxsus avtomobillə işdən evə qayıdıb. Bir neçə saatdan sonra isə qadın avtomobili həyətdə qoyaraq naməlum istiqamətdə gedib. Qadının evə dönmədiyini görən ailə üzvləri bu barədə polisə məlumat veriblər. Həyata keçirilən axtarışlara baxmayaraq onu tapmaq mümkün olmayıb. Hadisəyə hüquqi qiymət vermək məqsədi ilə iş üzrə toplanmış materiallar Nəsimi rayon Prokurorluğuna göndərilib.

İki azyaşlı uşaq anası olan R.İsgəndərlinin itkin düşməsi ilə əlaqədar Nəsimi rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq qrupu qadının öldürülməsi versiyası üzərində iş aparır.

R.İsgəndərlinin «Azərbaycan Dəmir Yolları» QSC-nin Biləcəri stansiyasında kadrlar şöbəsinin rəisi vəzifəsində çalışdığı bildirilir.

9 Aprel, 2011  19:15 Baxılıb: 1438

Bu bölmədə