Simsar.az | bizi özünüzə Simsar bilin
Tatlısəs etibarlı əllərdədi

Onu  FTB-nin həkimi Mark Skaan müalicə edir

Simsar.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, Münhen şəhərindəki “Murnau crash” xəstəxanasına yerləşdirilən Tatlısəsin hazırkı həkimi amerikalı gizli agentlərin müalicəsində ad çıxarıb.

Türkiyəli müğənni bir neçə gün əvvəl Almaniyanın Səhiyyə Nazirliyinə məxsus “Hawker 900XP” vertolyotu ilə yola salınıb. Onu Almaniyada yerli polislərlə yanaşı Türkiyədən göndərilmiş 2 xüsusi xidmət əməkdaşı müşayiət edir.

İbrahim Tatlısəsin müalicəsi üçün Münhen xəstəxanasına hər gün 1000 avro ödənilir. Digər xərclər isə bura daxil deyil.

Qeyd edək ki, İbrahim Tatlısəsin oğlu Ahmet Tatlı atası ilə birgə Almaniyaya daxil olarkən sərhədçilər tərəfindən saxlanılmışdı. Səbəb isə onun üzərində 70 min avro pul olması idi. Almaniya qanunlarına görə ölkəyə gələn xarici vətəndaş 16 min avrodan çox pul gətirirsə, xüsusi vergi ödəməlidir. Lakin sonradan müdaxilə nəticəsində bu problem həll olunmuşdu.

9 Aprel, 2011  15:06 Baxılıb: 1490

Bu bölmədə