Simsar.az | bizi özünüzə Simsar bilin
Bakıda temperatur 22 dərəcəyə çatacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən gilavar küləyi gündüz arabir güclü xəzri küləyi ilə əvəz olunacaq, gecəyə doğru mülayimləşəcək. Havanın temperaturu gecə 8-10 dərəcə isti, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, aprelin 9-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin axşam və gecə bəzi şimal rayonlarında qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, arabir güclü olacaq.

Havanın temperaturu gecə 7-12 dərəcə isti, gündüz 18-23 dərəcə, bəzi yerlərdə 25 dərəcəyədək isti, dağlarda gecə 1-5 dərəcə isti, gündüz 13-18 dərəcə, bəzi yerlərdə 20 dərəcəyədək isti təşkil edəcək.

9 Aprel, 2011  13:53 Baxılıb: 1252

Bu bölmədə