Simsar.az | bizi özünüzə Simsar bilin
“Sevgilimi ailəmlə tanış etdim”

Mete Horozoğlu evlənir

Reyting rekordçusu "Öylə Bir Geçer Zaman Ki" serialının baş rol aktyorlarından biri ailə həyatı qurmağa hazırlaşır. 

Gənc qızların sevimlisi aktyor Mete Horozoğlu, 2 il yarım birlikdə olduğu Elif adlı reklamçı sevgilisiylə nigah masasına oturma qərarı alıb.

Simsar.az-ın hurriyet.com.tr-yə istinadən verdiyi xəbərə görə, Horozoğlu keçən günlərdə bunun üçün ilk addım ataraq sevgilisini ailəsiylə tanış edib.

Ana və atasının uzun müddətdir sağlamlıq problemləri olduğunu bildirən Horozoğlu: “İndi ikisi də bir az daha yaxşı. Sevgilimi ailəmlə tanış etdim. Qismətsə evlilik planımız var. Allah kərimdir"-deyib.

Günel

8 Aprel, 2011  21:10 Baxılıb: 1533

Bu bölmədə