Simsar.az | bizi özünüzə Simsar bilin
O, Azərbaycana gələ bilməz

Avropa Şurasında daimi nümayəndəliyinin rəhbəri siyasi məhbuslar üzrə məruzəçinin funksiyasına aydınlıq gətirdi

“Kristofer Ştrasser Azərbaycana siyasi məhbuslar üzrə məruzəçi kimi gələ bilməz”

“Kristofer Ştrasser Azərbaycana siyasi məhbuslar üzrə məruzəçi kimi deyil, Bundestaqın deputatı, yaxud AŞPA üzvü kimi gələ bilər”. Simsar.az -ın məlumatına görə, bu fikirlər Azərbaycanın Avropa Şurasında daimi nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədova məxsusdur. Səfir bildirib ki, Azərbaycan siyasi məhbuslar üzrə xüsusi məruzəçinin təyin olunması ilə razı deyil: “Çünki Avropa Şurasında “siyasi məhbus” anlayışının mahiyyəti hələ dəqiq müəyyənləşdirilməyib. Ermənistanda siyasi baxışlarına görə həbsdə yatan onlarla məhbus var, amma bu ölkədəki siyasi məhbuslarla bağlı xüsusi məruzəçi təyin olunmayıb. Kristofer Ştrasser çox savadlı deputatdır, Azərbaycan səfiri onunla Berlində görüşüb. Bizim ona qarşı hər hansı şəxsi iddiamız yoxdur. Lakin bizim üçün siyasi məhbus məsələsi bitib”.

8 Aprel, 2011  20:53 Baxılıb: 1263

Bu bölmədə