Simsar.az | bizi özünüzə Simsar bilin
İrəvanda Sarkisyana "istefa" şuarları səsləndi

Müxalifət azadlıq meydanına doğru yürüş etdi

Simsar.az erməni mətbuatına istinadən bildirirki, bu gün İrəvanda ermənistanın aparıcı müxalifət partiyaları mitinq keçirib. Müxalif partiyanın sədri Levon Zurabyan BBC-yə açıqlamasında hədəflərinin prezident Serj Sarkisyanın istefası olduğunu bildirib. «Yalnız növbədənkənar prezident və parlament seçkisi ölkədəki sosial-iqtisadi və siyasi böhranı aradan qaldıracaq», - deyə Zurabyan qeyd edib: «Növbədənkənar seçki ölkədəki oliqarx və monopolist sisteminin dağılmasına kömək edəcək. Bu, legitim, xalqın inamını qazanan hakimiyyətin qurulmasına, köklü islahatların aparılmasına imkan yaradacaq».
Qeyd edək ki, İrəvan meriyası müxalifətin mitinqi Azadlıq meydanında keçirməsinə icazə verməyib. EMK aksiyaya Matenadaran meydanında başlayıb. Hazırda mitinq davam edir. Son mitinqdə olduğu kimi, kütlənin sonradan Azadlıq meydanına tərəf yürüşə keçəcəyi istisna deyil.

Bu arada müxalifətin hər mitinqində olduğu kimi, bu gün də bir sıra əyalətlərdən İrəvana avtobus və taksilər işləməyib. Adətən Vanadzordan İrəvana 1 nəfəri 1200-1500 drama (1 dollar = 371 dram) aparan taksilər bu gün qiyməti 2500 drama qaldırıb.
Vanadzor avtovağzalının dispetçeri tert.am saytına açıqlamasında İrəvana marşrutların niyə işləmədiyindən xəbərsiz olduğunu bildirib.
Taksi sürücülərindən biri isə qiymətlərin niyə bahalaşdığı haqda sualı belə cavablandırıb: «Guya özünüz bilmirsiniz? İrəvanda mitinqdir. Bizə tapşırıblar ki, qiymətləri qaldıraq. Düşünürsünüz ki, bu bizə sərf edir?»

8 Aprel, 2011  19:40 Baxılıb: 1357

Bu bölmədə