Simsar.az | bizi özünüzə Simsar bilin
NATO Liviyadan üzr istədi

Üsyançıların hərbi əməliyyatlarına rəhbərlik edən Abdelfateh Yunis açıqlama verib

Liviyada yanlışlıqla üsyançıları bombalayan NATO müxaliflərdən üzr istəyib. Simsar.az -ın xəbərinə görə, bu barədə “BBC News”a üsyançıların hərbi əməliyyatlarına rəhbərlik edən Abdelfateh Yunis açıqlama deyib. NATO-nun nümayəndələri ilə danışdığını söyləyən A. Yunis insidentdən hiddətləndiklərini bildirib. O, Ədcəbiyyədən qonşu Breqa şəhərinə hərbi texnika göndərməyi planlaşdırdıqları barədə NATO-ya əvvəlcədən xəbərdarlıq etdiklərini, lakin buna baxmayaraq, üsyançıların hərbi karvanının NATO tərəfindən bombalandığını vurğulayıb. 

Alyansdan isə bəyan ediblər ki, hadisənin baş verdiyi ərazidə daim hərbi texnika hər iki istiqamətdə hərəkət edir. Qurum insidenti araşdıracağını açıqlayıb.

Xatırladaq ki, bombardman nəticəsində 13-ə yaxın üsyançı ölüb.

8 Aprel, 2011  19:21 Baxılıb: 1393

Bu bölmədə