Simsar.az | bizi özünüzə Simsar bilin
Deputatlar Metyu Brayzanı hədələdilər

ABŞ səfiri ermənipərəst mövqedə ittiham olundu

Ermənilərin işğal etdiyi Xankəndi şəhərində aeroportun açılması və ora aviareyslərin təşkil olunması mövzusunda ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın açıqlamaları bəzi deputatların səfirə qarşı çıxmasına səbəb olub. 

Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Azay Quliyev deyib ki, Azərbaycan tərəfi ermənilərin bu addımına adekvat cavab versə də, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın bununla bağlı mövqeyi adekvat olmayıb: “Əksinə, səfir açıqlamalarında Azərbaycan təyyarələrinin Naxçıvana uçuşları ilə Ermənistandan işğal altında olan ərazilərə uçuşlar arasında paralel aparmağa cəhd edib. ABŞ administrasiyasının nümayəndələri öz açıqlamalarında bu kimi yanlışlıqlara yol verməməlidirlər”.

Millət vəkili Elman Məmmədov aeroport əslində Xankəndində tikilmədiyini deyib: “Bu aeroport Xocalıda yerləşir. Ermənilər Xocalıdakı mövcud aeroportu genişləndirərək onu beynəlxalq səviyyəli aeroport kimi təqdim etmək istəyirlər”.

Deputat Fəzail Ağamalı isə bir qədər də irəli gedərək, daha sərt açıqlama verib. “Metyu Brayza hələ də ermənipərəst mundirini əynindən çıxarmayıb” deyən F.Ağamalı ABŞ səfirini öz açıqlamalarına diqqət yetirməyə çağırıb.

RAMİL

8 Aprel, 2011  18:36 Baxılıb: 1247

Bu bölmədə