Simsar.az | bizi özünüzə Simsar bilin
Bakı-Novosibirsk reysi açılır

Gediş-gəliş üzrə qiyməti 525 manat təşkil edəcək

Mayın 25-dən "Turan air" aviaşirkəti Bakı-Novosibirsk-Bakı birbaşa reysini açır. Simsar.az-ın məlumatına görə, bu barədə cümə günü "Azərbaycan Hava Yolları" QSC-dən məlumat verilib.

Məlumata görə, reys həftədə bir dəfə - çərşənbə günləri həyata keçiriləcək. Təyyarə Bakıdan yerli vaxtla saat 11:50-də uçacaq.

Aviabiletlərin gediş-gəliş üzrə qiyməti 525 manat təşkil edəcək.

8 Aprel, 2011  17:17 Baxılıb: 1574

Bu bölmədə