Simsar.az | bizi özünüzə Simsar bilin
Masallıda üçəm doğuldu

Aprelin 6-dan 7-ə keçən gecə Azərbaycanın Masallı rayonunda maraqlı hadisə baş verib

Masallı Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın cənub bürosuna verilən məlumata görə, rayonun Lürən kənd sakini Bəxtiyar Şükürovun ailəsində üçəm dünyaya gəlib. Körpələrdən biri qız, ikisi isə oğlandır. 

Onlar 10 dəqiqə fasilə ilə Masallı MRX-nın doğum şöbəsində dünyaya göz açıblar. İlk doğulan qızın çəkisi 1900 qram olub. Sonrakı oğlan uşağı 2 kiloqram, üçüncü körpə isə 2200 qramdır. Üçəmlərin və anaları, 1989-cu il təvəllüdlü Günay Şükürovanın vəziyyəti qənaətbəxşdir. Onlar ciddi həkim nəzarəti altında saxlanılırlar.

Qeyd edək ki, Şükürovlar ailəsinin daha bir qızı var.

7 Aprel, 2011  23:52 Baxılıb: 1338

Bu bölmədə