Simsar.az | bizi özünüzə Simsar bilin
İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi

"Forum həm bölgə, həm də Avropa və dünya üçün əhəmiyyətlidir"

AzərTAc dövlət agentliyinin məlumatına görə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından məmnunluğunu bildirən Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu Forumun çox önəmli olduğunu və bu cür tədbirlərin Avropa Şurası ilə əməkdaşlıq məsələlərinə böyük dəstək verdiyini vurğulayıb.

Dövlətimizin başçısı Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunun Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakının önəmini vurğulaydıb. Bu cür beynəlxalq tədbirlərin ardıcıl olaraq keçirilməsinin vacibliyini bildirən Prezident İlham Əliyev Forumun həm bölgə, həm də Avropa və dünya üçün əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında uğurlu əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

7 Aprel, 2011  21:37 Baxılıb: 1217

Bu bölmədə