Simsar.az | bizi özünüzə Simsar bilin
«Hakimiyyəti nəyinə gərəkdir Əli Kərimlinin əmisi oğluna desin ki...»

Rəbiyyət Aslanova: “Müxalifətin hərəkətlərinə qarşı emosiyasını cilovlaya bilməyən gəncləri də başa düşmək olar”

«Hakimiyyət nəyinə gərəkdir Əli Kərimlinin əmisi oğluna desin ki, sən əmin oğlu haqqında o cür danış, keç YAP-a. Əgər bu insan özü əmisi oğlunun hərəkətlərini anlayır və bu cür qiymətləndirirsə, buna hakimiyyət neyləsin? Bu insan haqqın tərəfindədir. O, Əli Kərimlinin hərəkətlərinin bütün nəsil üçün üz qarası olduğunu görür və ona görə də belə edir». 

Bunu Mili Məclisin İnsan Hüquqları Komitəsinin sədri, YAP üzvü Rəbiyyət Aslanova AzTV-də müxalitfətin əleyhinə danışan şəxslərin hakimiyyət tərəfindən yönəldilməsilə bağlı AzadlıqRadiosunun suallarını cavablandırarkən bildirib.

R.Aslanova AXCP sədrinin evi qarşısında keçirilən aksiyaya da münasibət bildirib.

«Müxalifətin hərəkətlərinə qarşı emosiyasını cilovlaya bilməyən gəncləri də başa düşmək olar. Gənclikdir. Onlar ədalətsizliyə, haqsızlığa qarşı öz hisslərini nümayiş etdirirdilər. İqtidaryönlü gəncləri nəzərdə tuturam. Bilirsiniz, hansısa haqsızlığı, neqativ məqamı bir az təmkinlə qəbul edə bilməmək gəncliyə xas olan keyfiyyətdir. Ona görə onlar çıxmışdılar. Bu gənclər doğrudan da digər gəncləri tamamilə başqa bir cinahda, dağıdıcı kütlə kimi görmək istəmirlər. Bu baxımdan müxalifət nümayəndələri də anlamalıdırlar ki, ən böyük günah, ən böyük cinayət Azərbaycan gəncliyini bölmək arzusudur» deyə, R.Aslanova bildirib.


R.Aslanova Cəlilabadda baş verən qanlı olaydan siyasi məqsədlər üçün istifadə edilməsini yolverilməz sayır: «Azərbaycan xalqı həmişə başqasının dərdinə, ağrısına şərik olub. Amma əgər doğrudan da öldürənin atası müxalifətçidirsə, onda ona sakitliklə demək lazımdır ki, sən əvvəl öz uşağının tərbiyəsi ilə məşğul ol, ona düzgün istiqamət ver, sonra başqalarının uşağının beynini zəhərlə. Evindəki uşağının tərbiyəsi bu səviyyədə olan bir atanın başqalarına yol göstərməsi yolverilməzdir».

Ramil



7 Aprel, 2011  20:14 Baxılıb: 1416

Bu bölmədə