Simsar.az | bizi özünüzə Simsar bilin
Səfər Əbiyev Ankaraya rəsmi səfərə getdi

Türkiyə müdafiə naziri Vecdi Gönülün dəvəti ilə Ankaraya rəsmi səfərə yola düşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Türkiyə milli müdafiə naziri Vecdi Gönülün dəvəti ilə bu gün Ankaraya rəsmi səfərə yola düşüb.

Müdafiə nazirliyinin mətbuat xidmətindən Simsar.az -a bildirilib ki, görüş zamanı ikitərəfli hərbi əməkdaşlıq və regionda təhlükəsizlik məsələləri müzakirə ediləcək.

Müdafiə naziri S.Əbiyevin Türkiyənin yüksək dövdət səviyyəli şəxsləri ilə görüşləri də gözlənilir.

7 Aprel, 2011  19:10 Baxılıb: 1190

Bu bölmədə