Simsar.az | bizi özünüzə Simsar bilin
Əli Kərimlinin evi qarşısında aksiyaya əks aksiya

Polis bu dəfə gəncləri hadisə yerindən uzaqlaşdırdı 

Aprelin 7-də gənclər AXCP sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında ona dəstək aksiyası keçirmək istəyiblər. “Azadlıq” radiosunun məlumatına görə, polis aksiyaya imkan verməyib. Gənclərdən üçü – Elturan Rüstəmli, Rüfət Nəsibov və Nihad Nəsimi Rayon Polis İdarəsinin 21-ci bölməsinə aparılıb. 

Ötən həftə Əli Kərimlinin Bakının Süleyman Rəhimov küçəsindəki evinin qarşısında onun əleyhinə iki aksiya keçirilib. Polis həmin aksiyalara heç bir müdaxilə etməyib.

7 Aprel, 2011  18:52 Baxılıb: 1334

Bu bölmədə