Simsar.az | bizi özünüzə Simsar bilin
7 aprel Ümumdünya Sağlamlıq günüdür

Sağlamlıq Günü ilə bağlı tədbirlər 1950-ci ildən keçirilir

Bu gün Ümumdünya Sağlamlıq Günüdür (World Health Day). Ümumdünya Səhiyyə Təşkilatı (World Health Organization, WHO) 1948-ci ildə məhz bu gün - aprelin 7-də yaradılıb. Həmin vaxtdan 191 dövlət Ümumdünya Səhiyyə Təşkilatına qoşulub.

Simsar.az xəbər verir ki, Sağlamlıq Günü ilə bağlı tədbirlər 1950-ci ildən keçirilir. Bu tədbirlərdə insanlara sağlamlığın qorunmasının əhəmiyyəti və sağlam həyat tərzinin dəyəri aşılanır.

Hər il Ümumdünya Sağlamlıq Gününün devizi dəyişir və aktual problemlərə həsr olunur. Keçən ilin devizi urbanizasiya şəraitində sağlam həyat tərzini təbliğ edən “1000 şəhər – 1000 həyat” şüarı olub.

Bu il gündəmdə bakteriya əleyhinə terapiyanın keyfiyyətini məhdudlaşdıran mikrob əleyhinə preparatlara qarşı müqavimət durur.

7 Aprel, 2011  18:17 Baxılıb: 1781

Bu bölmədə