Simsar.az | bizi özünüzə Simsar bilin
Hərbi komissar həbs edildi

Hərbi Prokurorluğunda cinayət işi başlanıb

Bakının Binəqədi rayonunun hərbi komissarı həbs edilib. 
Hüquq-mühafizə orqanlarındakı etibarlı mənbə Trend-ə bildirib ki, Binəqədi rayon hərbi komissarı Feyzi Ağabəyovun barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır. Onun hansı cinayətdə ittiham olunduğu hələlik açıqlanmır.

Binəqədi rayon Hərbi Komissarlığından bildirilib ki, hazırda komissarlıqda Respublika Hərbi Prokurorluğu tərəfindən yoxlama aparılır.

Hərbi komissarın səlahiyyətini müvəqqəti olaraq Mehman Qurbanov icra edir.

Feyzi Ağabəyov bundan əvvəl Masallı rayonunda hərbi komissar kimi çalışıb.

7 Aprel, 2011  18:13 Baxılıb: 1409

Bu bölmədə