Simsar.az | bizi özünüzə Simsar bilin
AŞPA prezidenti Forumu dəyərləndirir

" Tədbir islamofobiyanın qarşısının alınması üçün çox önəmlidir"

“Bu gün Bakıda işinə başlayan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çox əhəmiyyəti tədbirdir”. APA-nın məlumatına görə, bunu tədbirdə çıxış edən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlud Cavuşoğlu deyib.

O, foruma çox yüksək səviyyəli qonaqların qatıldığını, dünyanın çox önəmli təşkilatlarının təmsilçilərini tədbirdə iştirak etdiklərini bildirib. AŞPA prezidenti bildirib ki, bu kimi tədbirlərin keçirilməsi dünyanın, o cümlədən Avropa Şurasının ən çox müzakirə etdiyi dini ayrı-seçkiliyin, islamofobiyanın qarşısının alınması üçün çox önəmlidir.

7 Aprel, 2011  17:31 Baxılıb: 1160

Bu bölmədə