Simsar.az | bizi özünüzə Simsar bilin
Yenə əsgər öldü

Aprelin 7-də Azərbaycan Ordusunun əsgəri 4-cü mərtəbədən yıxılaraq ölüb

Simsar.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Quba Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış və Şəmkir Sərhəd Dəstəsində xidmət edən 1992-ci il təvəllüdlü Qəmbərli Muxtar Qurbanəli oğlu əsgər yataqxanasının 4-cü mərtəbəsindən yıxılıb. Əsgər aldığı xəsarətdən dünyasını dəyişib.

Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.

Qeyd edək ki, dünyasını dəyişmiş əsgər 2010-cu ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb.

7 Aprel, 2011  16:45 Baxılıb: 1261

Bu bölmədə