Simsar.az | bizi özünüzə Simsar bilin
Atəşkəs pozuldu

Cəbhə xəttində atəşkəsin ermənilər tərəfdən pozulması davam edir 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri aprelin 1-də saat 11.40-dan 12.40-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 13.10-dan 13.40-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 12.05-dən 12.15-dək və aprelin 2-də saat 00.10-dan 00.25-dək Füzuli rayonunun Qaraxanbəyli və Aşağı Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

7 Aprel, 2011  14:33 Baxılıb: 1260

Bu bölmədə