Simsar.az | bizi özünüzə Simsar bilin
Yeni virus yayılır

 QİÇS-ə bənzəyən yeni virus yayılıb

Simsar.az "China Press"ə istinadən bildiriri ki, Çinin bir sıra şəhərlərində QİÇS-ə yoluxma simptomları ilə minlərlə pasiyent qeydə alınıb. Lakin HİV/QİÇS testi virusu aşkarlamır. Epidemioloqların fikrincə, bu, yeni, hələ məlum olmayan virusdur.

Pekin və Şanxay şəhərləri ilə yanaşı, Çjeszen, Qaundun, Szyansu və Hunan vilayətlərində həmin virus sürətlə yayılır. Xəstəlik cinsi əlaqələr, qan və selik vasitəsilə ötürülür.
Yeni virusa yoluxan adamlarda limfa düyünləri şişir, əl və ayaqlarda tərləmə güclənir, dəridə qırmızı lkələr yaranır, bədənin şərarəti artır.

Baş verənlərlə bağlı olaraq Çinin Səhiyyə Nazirliyi araşdırmalara başlayıb. Nazirlik yetkililərinin dediklərinə görə, "yeni virus olmaya da bilər": "Mümkündür ki, özlərini virusa yoluxmuş sayan adamlarda QİÇS fobiyası var. Xəstəliyin simptomları isə sırf psixosomatik əsaslarla bağlıdır".

7 Aprel, 2011  02:46 Baxılıb: 1254

Bu bölmədə