Simsar.az | bizi özünüzə Simsar bilin
Ekspertiza jurnalistin zədələrini qeydə almayıb

1 saylı Şəhər Klinik Xəstəxanası Ramin Dekoya müxtəlif dərəcəli bədən xəsarəti diaqnozu qoyub

Aprelin 4-ü axşam saatlarında Milli Elmlər Akademiyasının yanında tanımadığı iki nəfərin hücumuna məruz qalan “Azadlıq” qəzetinin əməkdaşı Ramin Deko müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Şəhər Klinik Xəstəxanasında olub. 
Jurnalist aprelin 5-də məhkəmə-tibbi ekspertizadan keçərək, Klinik Xəstəxanasının hazırladığı tibbi arayışı onlara təqdim edib.
Jurnakist Simsar.az-a danışıb ki, 1 saylı Şəhər Klinik Xəstəxanasında ona alın nahiyəsinin sıyrıntısı, sol beyin nahiyəsinin yumşaq toxumasının əzilməsi diaqnozunu qoyublar: “Mən xəstəxanada hadisə baş verən gündən qeydiyyatdayam. Alnımda iki iri şiş olduğunu, bədənimin müxtəlif nahiyələrindən də zədələr aldığımı bildirdilər, amma arayışda qeyd etmədilər”.
Anar




6 Aprel, 2011  23:28 Baxılıb: 1310

Bu bölmədə