Simsar.az | bizi özünüzə Simsar bilin
Artur Rasizadə Metyu Brayzanın xaişini qəbul etdi

Səfir xarici işlər nazirliyində olub

Azərbaycanın Baş naziri Artur Rasizadə ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayzanı onun xahişi ilə qəbul edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Nazirlər Kabinetinin rəsmi internet saytı məlumat yayıb.

Qəbula görə Baş nazirə minnətdarlığını bildirən Metyu Brayza Azərbaycana səfir təyin olunmasından şərəf duyduğunu vurğulayıb, ABŞ hökumətinin ölkələrimiz arasında əlaqələrə və tərəfdaşlığa böyük önəm verdiyini nəzərə çatdırıb.

Sonra Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin perspektivi, qarşılıqlı faydalı əməkdaşlığın daha da intensivləşdirilməsi, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə müzakirələr olub.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

6 Aprel, 2011  22:40 Baxılıb: 1209

Bu bölmədə