Simsar.az | bizi özünüzə Simsar bilin
Xankəndinə gedən türklər “qara siyahı”ya düşəcək

Onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulacaq

“Şimali Kipr Türk Respublikası nümayəndələrinin Dağlıq Qarabağa getdikləri təsdiqlənərsə, həmin şəxslər “qara siyahı”ya salınacaq və onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulacaq”.

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyib. O bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu barədə türk tərəfinə müraciət edib və hələ cavab almayıb.


Qeyd edək ki, Şimali Kiprdən olan bir qrup şəxs Britaniyanın “Beynəlxalq həyəcan” təşkilatının himayəsi ilə “Silahlı münaqişədən sonra sülhyaratma və dinc birgə yaşayış təcrübəsi – Kipr nümunəsi” mövzusunda aprelin 1-3-də Xankəndində keçirilmiş dəyirmi masada iştirak edib. Həmin şəxslər arasında Şimali Kiprin Cümhuriyyətçi Türk Partiyasının baş katibi, Lefkoşa bələdiyyəsinin sabiq başqanı, Şimali Kipr İş Adamları Assosiasiyasının prezidenti Kutlay Erk, Şimali Kipr İnsan Haqları Fondun sədri və Ali Məhkəmə Şurasının üzvü Əminə Çolak da olub.


Şimali Kiprin Bakı təmsilçiliyi olayla bağlı açıqlama yayaraq bu şəxslərin Xankəndinə səfərindən təəssüfləndiyini bildirib.

6 Aprel, 2011  22:01 Baxılıb: 1206

Bu bölmədə