Simsar.az | bizi özünüzə Simsar bilin
DİNDARIN SAQQALI NİYƏ QIRXILIB?

Təcavüzə məruz qalanla DİN rəsmisinin dedikləri üst-üstə düşmür

Göyçayın Çərəçə kənd sakini Urfan Bədirov qızının hicab bağladığı üçün məktəbə buraxılmamasından şikayətçi olub. Martın 14-də ona naməlum nömrədən zəng edilərək polis bölməsinə çağırılıb. Burada o, təhqir olunub və uşaqları məktəbə buraxmamaqda günahlandırılıb. 

Onun saqqalını qırxıb xəbərdarlıq ediblər ki, bir də saqqal saxlamasın.
Azadlıq radiosunun qaynar xəttinə zəng vuran Göyçay sakini bildirib ki, o polis bölməsindən birbaşa məhkəməyə aparılıb. Burada ona 3 sutka həbs cəzası kəsilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə deyir ki, U. Bədirov qadağan olunmuş dini cərəyanı yaşadığı kənddə təbliğ etdiyinə görə polisə çağırılıb. Çağırışa məhəl qoymadığına görə polis əməkdaşları evinə yollanıblar. U. Bədirov polis şöbəsinə getməkdən imtina etdiyinə görə polisin qanuni göstərişlərinə tabe olmamaqda təqsirləndirilərək ona 3 sutka inzibati həbs kəsilib. O. Mənsurzadə U. Bədirovun polis şöbəsində saqqalının zorla qırxılması ilə bağlı dediklərini uydurma adlandırıb. 

Günel

6 Aprel, 2011  21:48 Baxılıb: 1599

Bu bölmədə