Simsar.az | bizi özünüzə Simsar bilin
Facebook jurnalistlərə hədiyyə hazırlayır

Facebook sosial şəbəkəsi dünya jurnalistləri üçün xüsusi bölmə hazırlayır

Simsar.az Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, sayt rəhbərliyi bölmənin jurnalistlərə informasiya mübadiləsi aparmaqda, xəbərləri yaymaqda, əlaqələr qurmaqda kömək edəcəyini düşünür.
Yeni bölmə «Journalists on Facebook» adlanacaq. Təşkilatçılar bu addımı son zamanlar Facebook sosial şəbəkəsi vasitəsilə informasiya əldə edən KİV təmsilçilərinin günü-gündən artması ilə əsaslandırır. Məlumata görə, hazırda Facebook-da 14,7 min jurnalist qeydiyyatdan keçib.

6 Aprel, 2011  21:39 Baxılıb: 1359

Bu bölmədə