Simsar.az | bizi özünüzə Simsar bilin
İslam Partiyası rəhbərliyində fikir ayrılığı

İcazə verilməsə aksiya keçirilsin, ya keçirilməsin?..

İslam Partiyası aprelin 8-də paytaxtın Azadlıq meydanında və ya Parlament binasının qarşısında mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Məkanların birində bir araya toplanmaq istəyən partiya üzvlərinə rəhbərlik edənlər aksiyaöncəsi bir-birinə zidd fikirlər səsləndirib. 

“İslam Partiyası hökumət tərəfindən mitinq keçirilməsinə razılıq verilməyəcəyi təqdirdə də aksiya keçirməyə hazırdır. Razılıq verilməsə belə, mitinq keçirəcəyik”. Bunu Simsar.az-a açıqlamasında partiyanın sədr əvəzi Hacı Elçin Manafov deyib. 

“İslam Partiyasının mitinq keçirilməsi ilə bağlı qərarı kollegial şəkildə müzakirə olunmalı və bu məsələ toplantıda öz həllini tapmalıdır. Razılaşdırılmamış mitinqin keçirilməsinə razı deyiləm. Polislə qaçdı-tutdu oynamaq lazım deyil”. Bunu isə APA-ya açıqlamasında İslam Partiyası Baş Məclisinin üzvü Kərbəlayı Natiq Kərimov deyib.

Anar

6 Aprel, 2011  20:37 Baxılıb: 1256

Bu bölmədə