Simsar.az | bizi özünüzə Simsar bilin
Müxalifət 3 meydandan birini istəyir

İctimai Palata şəhər rəhbərliyinə müraciət edəcək

İctimai Palata aprelin 16-da paytaxtda mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət hazırlayıb. Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Simsar.az –a deyib ki, müraciət aprelin 11-da Bakı Şəhər İcra Hakimiyyətinə göndəriləcək. 

Müraciəti aksiyanın təşkilatçıları olan Müsavat, Xalq Cəbhəsi, Milli İstiqlal və Klassik Xalq Cəbhəsi partiyaları imzalayıb: “Aksiyanı İctimai Palata keçirir. Mitinqlə bağlı son qərar İctimai Palatanın aprelin 9-da keçiriləcək sessiyasında veriləcək. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq”.
Gülağa Aslanlının sözlərinə görə, İctimai Palata aprelin 16-da mitinq keçirmək üçün “Nərimanov” kinoteatrının qarşısını, Akademik Mili Dram Teatrının qarşısındakı Füzuli meydanını və “Təbriz” kinoteatrının qarşısındakı meydanı istəyəcək: “Bu meydanlara icazə verilməsə, aksiya şəhərin mərkəzində olacaq. Amma mitinq mütləq keçiriləcək”.







6 Aprel, 2011  20:27 Baxılıb: 1284

Bu bölmədə