“Fukusima-1”də təhlükə
Yaponiyanın qəzalı vəziyyətdə olan “Fukusima-1” Atom Elektrik Stansiyasının (AES) birinci enerji blokunda su cəmləşib Simsar.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə AES-in operatoru olan “Tokyo Electric Power Co” şirkəti məlumat yayıb. “Tokyo Electric Power Co” AES-in birinci enerji blokunda su cəmləşməsinin yeni partlayışın mümkünlüyündən danışmağa əsas verdiyini bəyan edib. Partlayışın qarşısını almaq üçün şirkət enerji blokuna azot vurmağı planlaşdırır. Azot radioaktiv qazla partlayıcı qarışıq yaradan oksigeni sıxışdırmaq üçün tətbiq olunacaq. Enerji blokuna qaz vurulmasına bu gün başlanılması gözlənilir.
6 Aprel, 2011 19:27 ⁄ Baxılıb: 1275
Bu bölmədə23 Aprel, 2024 Aİ İrana qarşı sanksiyalarını davam etdirir1 Mart, 2024 Zelenskinin Ermənistana səfəri baş tutmayacaq22 Noyabr, 2022 Putin Soltanovskiyi vəzifəsindən azad etdi25 Oktyabr, 2022 Britaniyanın yeni Baş naziri vəzifəsinin icrasına başladı |