Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ səfiri qovuldu

ABŞ-ın Ekvadordakı səfiri Xizer Hoces persona non-qrata elan edilib

Simsar.az «France-Presse» agentliyinə istinadən verdiyi məlumata görə, buna səbəb qalmaqallı WikiLeaks saytında yer almış materialdır. Sənəddə səfirin adından bildirilir ki, Ekvador prezidenti Rafael Korrea korrupsiyada adı hallandırılan şəxsi daxili işlər naziri təyin edib.
ABŞ Dövlət Departamenti Hocesin Ekvadordan çıxarılmasını əsassız adlandırıb və baş verənlərdən təəssüfləndiyini açıqlayıb.

6 Aprel, 2011  17:18 Baxılıb: 1159

Bu bölmədə