Simsar.az | bizi özünüzə Simsar bilin
“Xəzər-Lənkəran” hakim Ramil Diniyevi saxtakarlıqda qınadı

Vitse-prezident “Bakı”ya uduzmalarını hakim səhvləri ilə əsaslandırır 

 

"Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirovdan supersport.az saytına ittiham dolu müsahibə verib.
"Bakı" - "Xəzər Lənkəran" oyununda hakim səhvləri nəticəsində xal itirdiklərini deyən vitse-prezident baє hakim Ramil Diniyevdən зox narazэ olduqlarэnэ belə əsaslandırıb: “Qarşılaşmanın ikinci hissəsində təmiz qolumuz hesaba alınmadı. Baş məşqçimiz də bununla bağlı narazılığını bildirdi. Nəyə görə belə edilir? Klubun 4 kamerası vasitəsilə oyun videolentə alınıb. Məlum epizoda dəfələrlə baxmışıq və qəti şəkildə bildirim ki, təmiz qol olub. Heç bir qayda pozuntusundan söhbət gedə bilməz”.
Vitse-prezident Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu da ittiham edib. Onun sözlərinə görə, X.Məmmədov oyunlar kənardan qulaqcıq vasitəsilə müdaxilə edir: “Hətta ötən il ölkə kubokunun finalında da komitə sədri oyunu kənardan idarə edirdi. O, son turda "Bakı" - "Xəzər Lənkəran" qarşılaşmasında da eyni hərəkət etdi. Bu, nə dərəcədə düzgündür?! Hakimlər özləri müstəqil qərar verməlidirlər, kənardan müdaxilə olmamalıdır”.
 Aprelin 2-si keçirilən "Bakı"-"Xəzər Lənkəran"ı oyununda İkinci hissə başlayan kimi "Xəzər Lənkəran" hesabı açıb. Lakin hakim qoldan əvvəl qaydanın pozulduğunu bildirərək, qolu qeydə almayıb. Bununla da oyun 0:0 hesabı ilə başa çatıb.

Anar 

5 Aprel, 2011  20:30 Baxılıb: 1367

Bu bölmədə