Simsar.az | bizi özünüzə Simsar bilin
Türkiyədə təhsil alacaq gənclərə xoş xəbər

Doğu Akdeniz Universitetində azərbaycanlılar üçün təhsil haqqı endirilir

“Gəncliyin Səsi” Maarifləndirmə İctimai Birliyi (GSMIB) və Doğu Akdeniz Universiteti (DAU) tələbə mübadiləsiylə bağlı müqavilə imzalayıb. Müqavilə “Gəncliyin Səsi” Maarifləndirmə İctimai Birliyinin sədri Babək Qarayev və Doğu Akdeniz Universitetinin (DAU) təmsilçisi Rəhim Davudov arasında bağlanıb. 

“Gəncliyin Səsi” Maarifləndirmə İctimai Birliyinin sədri Babək Qarayev simsar.az-a deyib ki, Doğu Akdeniz Universitetinin (DAU) rektoru professor Abdullah Y. Öztoprakla görüşərək, müqavilənin şərtləriylə bağlı müzakirə aparıb.

Müqaviləyə görə azərbaycanlı tələbələrin bu təhsil müəssisəsində təhsil alması üçün təhsil haqqı ödənişinə 50 faiz endirim olunacaq. Həmçinin “Gəncliyin Səsi” Maarifləndirmə İctimai Birliyinin “Doğu Akdəniz” Üniversiteti ilə bağladığı müqaviləyə əsasən Azərbaycandan oxumağa gələcək qız tələbələrin yataqxana xərclərini də özləri ödəməyəcəklər.

Bundan əlavə müqavilədə əsasən ildə bir dəfə imkansız və qaçqin ailələrindən oxumaq istəyən tələbənin təhsil və yataqxana xərclərini Doğu Akdəniz Üniversiteti tərəfindən ödənilməsi nəzərdə tutulur.

Yay məktəbi dönəmində “Gəncliyin Səsi” Maarifləndirmə İctimai Birliyi Azərbaycan universitet və məktəblərindən uşaqların “Doğu Akdəniz” Üniversitetinə göndərilməsini təmin edəcək.

DAU “The American Board For Engineering and Technology” (ABET) tərəfindən akkreditasiya verilən 5 universitetdən biridir.

Yaxın günlərdə “Gəncliyin Səsi” Maarifləndirmə İctimai Birliyi 10-11-ci sinif şagirdlərinə bu barədə ətraflı məlumat vermək üçün görüşlər keçirəcək.

Simsar.az



5 Aprel, 2011  20:16 Baxılıb: 1967

Bu bölmədə