Simsar.az | bizi özünüzə Simsar bilin
POLİS CƏBHƏÇİ OĞLANLARININ QARŞIDURMASINDA ÖLÜM

Cəbhəçinin oğlu polisin oğlunu bıçaqladı

Bu gün saat 12:30 radələrində Cəlilabad rayonunda qətl hadisəsi baş verib. Rayon Prokurorluğundan yayılan məlumata görə, Cəlilabad şəhər 7 saylı məktəbin şagirdi, 1996-cı il təvəllüdlü Mirələmov Vasif Təzəxan oğlu 1995-ci ildə anadan olmuş Həsənli Cavanşir Həsən oğlunu öldürüb. 8-ci sinif şagirdi olan V.Mirələmov 10-cu sinifdə oxuyan Cavanşirə bıçaqla zərbə endirib. Bıçaq 16 yaşlı şagirdin qara ciyərini zədələdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.

Simsar.az  qətli törədən 15 yaşlı V.Mirələmovun Azərbaycan Xalq Cəbhəsi Partiyasının Cəlilabad şöbəsinin rəhbəri Təzəxan Mirələmovun oğlu olduğunu öyrənib. 

Öldürülən yeniyetmə isə rayon Polis Şöbəsinin əməkdaşlarından birinin övladıdır. Hər iki məktəbli mübahisə ediblər və nəticədə qanlı olay meydana çıxıb.

5 Aprel, 2011  20:09 Baxılıb: 1387

Bu bölmədə