Simsar.az | bizi özünüzə Simsar bilin
Xankəndidə aeroportun açılışı təxirə salındı

Separatçıların mayın 9-da Xankəndidə aeroportun açılışını etmək niyyəti baş tutmayıb

Simsar.az  «Armenia Today»a istinadən verdiyi məlumata görə, separatçı rejimin rəhbəri Bako Saakyanın mətbuat katibi David Babayan bunun «yalnız texniki səbəblərlə əlaqədar olduğunu» iddia edib.
«Aeroportun mayın 9-u açıla biləcəyini düşünürdük. Amma bu, rəsmən elan edilməmişdi. Bu, çətin prosesdir və heç bir texniki qüsurun olmaması üçün ciddi hazırlaşmaq lazımdır. Mayın 9-u olmasa da, bu il ərzində aeroport mütləq açılacaq», - deyə Babayan bildirib. O, təxirəsalmanın «Azərbaycanın hədələrilə əlaqədar olmadığını» xüsusi vurğulayıb.

Separatçı rejimin «mülki aviasiya idarəsinin» rəhbəri Valeri Adbaşyan da hava limanının mayın 9-da açılmayacağını təsdiqləyib: «Bu haqda deyilənlər doğru deyil. Aeroportun mayın 9-da açılacağına dair xəbərlərin haradan yayıldığını bilmirəm. Biz belə tarix açıqlamamışıq».

Xatırladaq ki, cəmi bir neçə gün əvvəl Ermənistan prezidenti Serj Sarkisyan Yerevandan Xankəndiyə uçacaq təyyarənin ilk sərnişininin özü olacağını əminliklə söyləyirdi.

5 Aprel, 2011  20:00 Baxılıb: 1198

Bu bölmədə