Simsar.az | bizi özünüzə Simsar bilin
Terror xofu yoxa çıxdı

İsrailin Azərbaycandakı səfiri: “Terror təhlükəsi barədə xəbərdarlıq artıq aktual deyil”

“Terror təhlükəsi barədə xəbərdarlıq artıq aktual deyil”. APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Mixail Lavon Lotem deyib.

Səfir bildirib ki, artıq səfirlik üçün də elə bir təhlükə yoxdur: “Səfirlik öz işini adi rejimdə, tam tərkibdə davam etdirir”.

Qeyd edək ki, bu il fevralın 11-də İsrailin terrorla mübarizə qərargahı ölkə vətəndaşlarına yaxın günlərdə səfər etməyi məsləhət bilmədiyi ölkələrin siyahısını açıqlayıb və bu siyahıda Azərbaycanın da adı olub. Bununla əlaqədar İsrailin Azərbaycandakı səfirliyinin də fəaliyyəti məhdudlaşdırılıb.

5 Aprel, 2011  18:45 Baxılıb: 1154

Bu bölmədə