Simsar.az | bizi özünüzə Simsar bilin
Müxalifət yetkililəri Bakı İstintaq Təcridxanasında

Arif Hacılının vəkili apellyasiya  şikayəti  edəcək

İctimai Palatanın aprelin 2-də keçirdiyi mitinqə görə tutularaq barələrində 2 aylıq həbs qətimkan tədbiri seçilən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəmməd Məcidli Bakı İstintaq Təcridxanasına köçürülüblər. Məlumatı “Media forum” saytına Arif Hacılının vəkili Əsabəli Mustafayev verib. 

Vəkilin sözlərinə görə, hazırda həm barəsində həbs qətimkan tədbiri seçilənlər, həm də mitinqə görə inzibati həbs cəzası alanlar haqda çıxarılan məhkəmə qərarlarından apellyasiya şikayətlərinin verilməsinə hazırlıq görülür: “Çalışacağıq ki, gün ərzində şikayət ərizələrini Bakı Apellyasiya Məhkəməsinə çatdıraq”.

Məhəmməd Məcidlinin vəkili Azər Nağıyev də aprelin 5-də apellyasiya şikayətini hazırlayacağını, növbəti gün isə Bakı İstintaq Təcridxanasında hüquqlarını müdafiə etdiyi şəxslə görüşəcəyini deyib.

5 Aprel, 2011  18:39 Baxılıb: 1176

Bu bölmədə