Simsar.az | bizi özünüzə Simsar bilin
Siyavuş Novruzovdan beynəlxalq təşkilatlara ağır ittiham

“Həmin qüvvələr az qala başlarını stola döyürdülər ki, biz niyə bu insanlara maliyyə və təşkilatı dəstək vermişik?..”

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına müsahibəsində ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların ünvanına sərt açıqlamalar verib. 
YAP-çı deputat müxalifətin 2 aprel mitinqini beynəlxalq təşkilatların qarşısında götürülən öhdəlik adlandırıb: “Mitinq təşkil edənlər deyirlər ki, aksiyada 5 min adam iştirak edib. Müxalifətin bu rəqəmi 20 dəfə artırdığı aydın məsələdir. Çünki mitinqdə 5 min adam iştirak etsəydi, müxalifətçilər 50-100 min deyərdi. Müxalifəti himayə edən, ona pul ayэran, aprelin 2-də mitinq keçirməyi tapşıran insanları da müşahidə etdim. Onlar da mitinqin müşahidəsini aparırdılar. Həmin qüvvələr az qala başlarını stola döyürdülər ki, biz niyə bu insanlara maliyyə və təşkilatı dəstək vermişik?.. Onların sifətində məyusluq gördüm. Müxalifətə dəstək verməklə çox pis vəziyyətə düşdükləri üzlərindən oxunurdu. Onların hansı ölkələri təmsil etdiyini deyə bilmərəm, amma bu adamlar beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərində və səfirliklərdə çalışırlar”.
Anar

5 Aprel, 2011  18:26 Baxılıb: 1197

Bu bölmədə