Simsar.az | bizi özünüzə Simsar bilin
Ceyhun Mirzəyevə yubiley tədbiri həsr olunacaq

Aktyorun 65 yaşı tamam olur

Aprelin 9-da Azərbaycanın görkəmli rejissoru və aktyoru Ceyhun Mirzəyevin 65 yaşı tamam olur. Yubiley münasibətilə Dövlət Film Fondu sənətkarın xatirə gecəsini keçirəcək. 

Fondun mətbuat xidmətinin rəhbəri Rəşad Qasımovun Simsar.az-a verdiyi məlumata görə, tədbir aprelin 11-də Film Fondda baş tutacaq. 

Mərasimdə Ceyhun Mirzəyevin həyat və yaradıcılığından söhbət açılacaq, çəkildiyi filmlərdən parçalar nümayiş olunacaq. Bundan başqa mərhum aktyorun baş rolda çəkildiyi “Qara qağayı” filmindən də fraqmentlər göstəriləcək. Bu film 1962-ci ildə Rusiyada Georgiy Koltunov tərəfindən çəkilib. Film Fonda isə ötən il hədiyyə verilib.

Tədbirdə Ceyhun Mirzəyevin həyat və yaradıcılığını əks etdirən foto sərgi də təqdim olunacaq.

5 Aprel, 2011  18:15 Baxılıb: 1674

Bu bölmədə