Simsar.az | bizi özünüzə Simsar bilin
Rusiyada "General" xaosu

Medvedev 10 generalı işdən qovdu

Rusiya prezidenti Dmitri Medvedev Rusiya Daxili İşlər Nazirliyində yüksək vəzifə tutan 10 generalın işdən azad edilməsi barədə fərman imzalayıb. 

Simsar.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, işdən çıxarılan generallar arasında Daxili İşlər Nazirliyinin baş inspektorları general-mayor Xurşed Numanov, general-mayor Mixail Slizkov, Daxili İşlər Nazirliyinin operativ axtarış bürosunun rəis müavini, general-mayor Yuriy Borodastov, Ufimsk Hüquq İnstitutunun rəisi, general-mayor Faim Muxametşin, Daxili İşlər Nazirliyinin təşkilati-inspektor departamentinin rəis müavini, general-mayor Leonid Xeylo var. 


Bundan əlavə, Daxili İşlər Nazirliyinin Akademiyasının rəis müavini, general-mayor Aleksandr Artmeyev, Rostov Hüquq İnstitutunun rəisi, general-mayor Gennadi Barkovskiy, Çelyabinsk Hüquq İnstitutunun rəisi, general-mayor Vladimir İoqoleviç, Saratov Hüquq İnstitutunun rəisi, general-mayor Valeriy Nazarov, Daxili İşlər Nazirliyinin Moskva Universitetinin rəis müavini, general-mayor Qriqoriy Skripkin də işdən uzaqlaşdırılıblar.

5 Aprel, 2011  18:04 Baxılıb: 1252

Bu bölmədə