Simsar.az | bizi özünüzə Simsar bilin
Prezidentlər arasında təkbətək görüş

Görüşdə beynəlxalq məsələlər müzakirə olunub 

Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Yunanıstan prezidenti Karolos Papulyasın təkbətək görüşü olub.

APA-nın məlumatına görə, görüşdə siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin, ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, energetika sahəsində əməkdaşlığın yaxşı perspektivləri olduğu bildirilib.

Dövlət başçıları ikitərəfli və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparıblar.

5 Aprel, 2011  17:27 Baxılıb: 1167

Bu bölmədə