Simsar.az | bizi özünüzə Simsar bilin
ABŞ səfirliyi açıqlama yaydı

"Dioloq demokratiya mədəniyyətinin daha dərin inkişafının təməlini formalaşdırır"

ABŞ səfirliyi aprelin 2-si Bakının mərkəzində müxalifətin keçirdiyi aksiyaya munasibətini açıqlayıb.  ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqlamasında deyilir ki, ABŞ Azərbaycan hökumətini Azərbaycan Konstitusiyasında, beynəlxalq insan haqları üzrə hüquqi aktlarda, ATƏT öhdəliklərində təsbit olunmuş sərbəst toplaşma və söz azadlıqlarına hörmət etməyə çağırır:

«Bu hüquqlara hörmət önəmlidir. Çünki bu, istənilən cəmiyyətdə vətəndaşlarla hökumət arasında müəyyən dialoqa təşviq edir. Bu da müsbət dəyişiklik və demokratiya mədəniyyətinin daha dərin inkişafının təməlini formalaşdırır».

Simsar.az

5 Aprel, 2011  17:14 Baxılıb: 1212

Bu bölmədə