Simsar.az | bizi özünüzə Simsar bilin
“Microsoft Office 2010” Azərbaycan versiyası istifadəyə verildi

“Microsoft” korporasiyası “Office 2010” ofis paketinin Azərbaycan dilinə lokallaşdırılması üzrə işləri başa çatdırıb

Simsar.az -ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin internet saytına verdiyi məlumata görə, Azərbaycan dilində rəsmi istifadəçi interfeysinə (“Microsoft Office Language Interface Pack 2010”) “Microsoft Office Excel 2010”, “Microsoft Office OneNote 2010”, “Microsoft Office Outlook 2010”, “Microsoft Office PowerPoint 2010”, “Microsoft Office Word 2010” üçün lokallaşdırma paketləri daxildir. İnterfeysi “Microsoft”-un saytından (www.microsoft.com/az) yükləmək olar.

Hazırda şirkət Azərbaycan istifadəçiləri üçün “Microsoft Windows 7” əməliyyat sisteminin lokallaşdırılmış versiyasını təqdim edir.

Həmçinin “Windows XP” və “Windows Vista” əməliyyat sistemləri, eləcə də “Microsoft Office 2003” və “Microsoft Office 2007” ofis paketləri Azərbaycan dilinə lokallaşdırılıb.

5 Aprel, 2011  17:03 Baxılıb: 1523

Bu bölmədə