Simsar.az | bizi özünüzə Simsar bilin
Liviya qiyamçılarından şok bəyanat

“Müəmmər Qəddafi öz postunda qalmalı, dövləti idarə etməlidir”

Liviya qiyamçıları şok bəyanat veriblər. Simsar.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Liviya qiyamçılarının qurduqları qanunverici orqanın spikerinin açıqladığı bəyanatda qeyd olunur ki, Liviyanın hazırkı lideri, polkovnik Müəmmər Qəddafi öz postunda qalmalıdır. 


Qiyamçılar Müəmmər Qəddafinin dövləti idarə etməsini zəruri sayırlar: “Ancaq Müəmmər Qəddafi kardinal siyasi islahatlar həyata keçirməlidir. Əgər Müəmmər Qəddafi öz xalqı naminə dəyişikliklərə gedərsə, biz onunla danışıqlar stolu arxasında əyləşməyə hazırıq”.

5 Aprel, 2011  16:54 Baxılıb: 1188

Bu bölmədə