Simsar.az | bizi özünüzə Simsar bilin
Yunanıstan prezidenti Bakıdadır

Karolos Papulyas Fəxri xiyaban və Şəhidlər xiyabanında olub

Aprelin 5-də Azərbaycanda rəsmi səfərdə olan Yunanıstan prezidenti Karolos Papulyasın rəsmi qarşılanma mərasimi olub.

APA-nın məlumatına görə, qonağı Azərbaycan prezidenti İlham Əliyev qarşılayıb.

Daha sonra Azərbaycanın dövlət və hökumət nümayəndələri K. Papulyasa, Yunanıstan nümayəndə heyətinin üzvləri isə İ. Əliyevə təqdim olunub.

Yunanıstan prezidenti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstəsi qoyulub.

Karolos Papulyas daha sonra Şəhidlər xiyabanını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. O,  “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Yunanıstanın və Azərbaycanın dövlət himnləri səslənib.

Simsar.az

5 Aprel, 2011  16:44 Baxılıb: 1177

Bu bölmədə