Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycanlı Ebru Gündəşi otel sahibi etdi

Rza Zərrab 48 milyon eurosundan keçdi

Azərbaycan əsilli iş adamı Rza Zərrab həyat yoldaşı, Türkiyənin populyar müğənnilərindən olan Ebru Gündəşə daha bir sürpriz hazırlayıb. 

Simsar.az-ın “takvim.com.tr” saytına istinadən verdiyi məlumata görə, Zərrab övladını dünyaya gətirməyə hazırlaşan Ebru Gündəşə otel hədiyyə etmək fikrindədir. Artıq Rza Zərrab Antalyada belə bir otel tapıb. Bələk rayonunda yerləşən 5 ulduzlu mehmanxananın 60 min kvadrat metr ərazisi, 360 otağı var. Qiyməti 48 milyon avro olan otel dənizin düz sahilindədir.

5 Aprel, 2011  16:29 Baxılıb: 2091

Bu bölmədə